Beynəlxalq əlaqələr üzrə prorektor

 

Cəlilzadə Aidə Məhəmməd qızı

Beyəlxalq əlaqələr üzrə prorektor

Aidə Məhəmməd qızı Cəlilzadə 24 may 1987-ci ildə Babək rayon Babək qəsəbəsində anadan   olmuşdur. 1993-2004-cü illərdə Babək qəsəbə orta məktəbini əla qiymətlərlə bitirmişdir. 2004-2005-ci illərdə Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında   təhsil almışdır. Təhsil müddətini uğurla başa vurduğu və dövlət imtahanından uğurla keçdiyi üçün ABŞ dövlətinin rəsmi diplomunu almağa haqq qazanmış, sertifikatlar və medalla təltif olunmuşdur. 2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin “İngilis dili” ixtisası üzrə bakalavr təhsili   almışdır və bu təhsil pilləsini qırmızı diplomla bitirmişdir. 2006-cı ildə Ali məktəb tələbələrinin XI   Respublika fənn olimpiadasında ingilis dili üzrə I yerə layiq görülərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuşdur. 2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. 2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr təhsili almış və əla qiymətlərlə məzun olmuşdur. 2009-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində tyutor vəzifəsində çalışmışdır. 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə” kafedrasının müəllimidir. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. Çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Bir sıra regional və respublika səviyyəli konfransların, beynəlxalq layihə və təlimlərin, beynəlxalq ixtisasartırma və onlayn kursların iştirakçısı olmuş və nailiyyətlərinə görə sertifikatlara layiq görülmüşdür. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı seçilmişdir. 2021-ci ildə Avropa Şurası Konqresi Nümayəndə heyətinin üzvü seçilmişdir. (Davam edir) 2023-ci ildə Naxçıvan Dövlət Universitetinin  Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur. 2023-ci ildə Avropa şurası Yerli və Regional Hakimiyyətlər  Konqresi Cari Məsələlər Komitəsinin Vitze-Prezidenti seçilmişdir.